Vitse-prezident millimizin hücumçusu haqda: Bizə güc qatacaq

Vitse-prezident millimizin hücumçusu haqda: Bizə güc qatacaq
20-01-2018 / 12:35 FUTBOL
609

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaza yeni klubu “Gənclərbirliyi”də xilaskar gözü ilə baxılır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqada qalmaq uğrunda mübarizə aparan paytaxt təmsilçisi qış transferləri ilə bunu bacaracağına inanır.

 

Klubun vitse-prezidenti Arif Ölməz yerli KİV-ə açıqlamasında dövrələrarası fasilədə baş tutan transferləri dəyərləndirib. O, “Bursaspor”dan alınan Dənizə böyük ümid bəslədiklərini söyləyib: “Hələlik 2 futbolçu transfer etmişik. Bunlar Aydın Karabulut və Dəniz Yılmazdı. İnanırıq ki, bu iki futbolçu bizə əlavə güc qatacaq. Transfer dönəmi bitənə qədər daha 1-2 oyunçu ilə anlaşmağa çalışırıq”.

 

Qeyd edək ki, Dəniz Yılmaz “Gənclərbirliyi” ilə 1,5 illik müqavilə imzalayıb.