Ulduz futbolçu yeni müqavilə bağlayır

Ulduz futbolçu yeni müqavilə bağlayır
20-01-2018 / 16:01 FUTBOL
245

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubu ilə yeni müqavilə bağlamağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu anlaşma müddətini 2024-cü ilə qədər uzatmağa razılıq verib.

 

De Bruynenin yeni müqaviləsinin şərtləri də müəyyənləşib. 26 yaşlı futbolçunun bundan sonra həftəlik məvacibi 260 min funt-sterlinq təşkil edəcək. Bu isə o deməkdi ki, De Bruynenin illik qazancı 13,5 milyon funt-sterlinq olacaq. Hazırda isə onun illik maaşı 6 milyondu.

 

Qeyd edək ki, Kevin De Bruyne “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.