“Qarabağ”dan şəhidlərə ehtiram - FOTO

“Qarabağ”dan şəhidlərə ehtiram - FOTO
20-01-2018 / 18:59 FUTBOL
275

Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” yoxlama matçında “Lexiya” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, Polşa klubu ilə oyun 1 dəqiqəlik sükutla başlayıb.

 

İştirakçı komandalar 20 yanvar şəhidlərinin xatirəsini yad ediblər. Bundan əlavə Ağdam klubu matça qara sarğı ilə çıxıb.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb.