Məmmədova hamıdan yaxşı olub, komandasına qələbə qazandırdı

Məmmədova hamıdan yaxşı olub, komandasına qələbə qazandırdı
20-01-2018 / 20:03 FUTBOL
149

Voleybol üzrə Rusiya Super Liqasında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazanın “Dinamo” klubu da növbəti matçına çıxıb.

 

Tatarıstan təmsilçisi səfərdə Krasnodardan olan adaşları ilə qarşılaşıb.

 

Görüş milli üzvünün komandasının 3:0 (25:15, 25:14, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçı yüksək səviyyədə keçirən Məmmədova hamıdan çox 15 xal toplayaraq qarşılaşmanın əsas qəhrəmanı olub. 

 

Qeyd edək ki, 15 oyundan sonra aktivində 42 xal olan “Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.