Şəhriyar Məmmədyarov xal fərqini artırdı

Şəhriyar Məmmədyarov xal fərqini artırdı
20-01-2018 / 20:58 STOLÜSTÜ OYUNLAR
446

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışda 7 turun oyunları keçirilir.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

 

O, ağ fiqurlarla oynadığı partiyada Yi Veylə üz-üzə gəlib. “Şah” çox çətinlik çəkmədən rəqibini 30-cu gedişdə “ağ bayraq” qaldırmağa məcbur edib.

 

Bu nəticədən sonra xalını 5,5-ə çatdıran Məmmədyarov yarışın şəriksiz lideridi. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan), rusiyalı Vladimir Kramnik və Aniş Qirini (Hollandiya) bir xal qabaqlayır.

 

Qeyd edək ki, 8-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla əsas izləyicilərindən biri olan Qiri ilə qarşılaşacaq.