“Rəqib daha hazırlıqlı idi” – Qurban Qurbanov

“Rəqib daha hazırlıqlı idi” – Qurban Qurbanov
20-01-2018 / 21:18 FUTBOL
500

“Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Qış hazırlığı çərçivəsində Antalyada yoldaşlıq oyunu keçirən ağdamlılar Polşanın “Lexiya” klubu ilə qarşılaşıb. Qdansk təmsilçisi ilə oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Oyundan sonra klub saytına qısa açıqlama verən Qurbanov matçı şərh edib: “Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.