“Qalatasaray”da yeni prezident

“Qalatasaray”da yeni prezident
20-01-2018 / 21:55 FUTBOL
422

“Qalatasaray”da növbədənkənar konfrans keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda klubun yeni prezidenti də seçilib.

 

Hazırkı prezident Dursun Özbəklə Mustafa Cengizin yarışdığı səsvermədə ikinci qalib gəlib. O, "Qalatasaray"ın 37-ci prezidenti olub.

 

1623 səs toplayan Özbək 1703 səs yığan Cengiz qarşısında aciz qalaraq postunu təhvil verib.

 

Qeyd edək ki, Dursun Özbək 2015-ci ildən “Qalatasaray”a rəhbərlik edirdi.