Abdullayevin komandası qələbə qazandı - VİDEO

Abdullayevin komandası qələbə qazandı - VİDEO
21-01-2018 / 00:02 FUTBOL
426

Kiprin I Divizionunda XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi dogma meydanda “Axnas” klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 

 

Qeyd edək ki, 21 oyundan sonra aktivində 44 xal olan “Anortosis” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.