“Bəzi vəziyyətlərdə məsuliyyətsiz davrandıq” – “Lexia”nın baş məşqçisi

“Bəzi vəziyyətlərdə məsuliyyətsiz davrandıq” – “Lexia”nın baş məşqçisi
21-01-2018 / 00:30 TOP OYUNLARI
507

“Oyunumuzdakı bir çox epizodlar haqqında pozitiv düşünə bilərik. İlk hazırlıq oyunu heç vaxt asan keçmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lexia”nın baş məşqçisi Adam Ouen deyib.

 

Antalyada hazırlıq keçən Qdansk təmsilçisinin çalışdırıcısı “Qarabağ”la hazırlıq oyunundan sonra klub saytına açıqlama verib: “Matça qədər çox məşq etmişdik, təbii ki, bunu da oyunçular öz ayaqlarında hiss edirdilər. Bir neçə taktiki variantları da yoxladıq. Bununla bərabər, futbolçuların meydanda etdiklərindən çox məmnunam. Güclü rəqibimiz var idi. “Qarabağ” Çempionlar Liqasında oynamış komandadı. Amma oyunumuzda çatışmazlıqlar da var idi. Bəzi vəziyyətlərdə çox məsuliyyətsiz davrandıq. Bu gecə yenidən matçı izləyib komandanın oyununu analiz edəcəyik”.

 

Qeyd edək ki, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.