“Qarabağ” bizi təəccübləndirmədi” – Daniel Lukaşik

“Qarabağ” bizi təəccübləndirmədi” – Daniel Lukaşik
21-01-2018 / 01:37 FUTBOL
979

“Qarabağ” gücül komandadı, amma bu matçda bizi xüsusi bir şeylə təəccübləndirmədi. Şəxsən mən daha onlardan yaxşı oyun gözləyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lexiya”nın yarımmüdafiəçisi Daniel Lukaşik deyib.

 

Qış hazırlıqlarını Antalyada davam etdirən Polşa klubu yoxlama oyununda “Qarabağ”la qarşılaşıb.

 

1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra klubun rəsmi saytına danışan futbolçu matçı şərh edib: “İlk hissədə, xüsusilə də ilk 30 dəqiqədə onları təzyiqdə saxlaya bildik. Rəqib təzyiqlərimiz qarşısında nə edəcəyini bilmirdi. Biz meydanın mərkəzində topa nəzarət edir və effektiv oyun sərgiləyirdik. Ancaq hissənin sonuna doğru yorulduq və rəqib təşəbbüsü ələ aldı. İkinci hissəyədə düzgün başlamadıq və qapımızda qol gördük. Ancaq sonradan toparlandıq, bərabərlik qolunu vura bildik”.