Millimiz Albaniyaya uduzdu - YENİLƏNİB

Millimiz Albaniyaya uduzdu - YENİLƏNİB
21-01-2018 / 20:54 FUTBOL
2996

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşıb.

 

Gənclər millisi ilə debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə də albaniyalı həmyaşıdları üzərində yoxlayıb.

 

Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan “Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurmalı olub. Bununla belə, Sadıqov “Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu - Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevi iş başında görə bilib.

 

Matç Albaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Yoxlama oyunu

21 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 - 0:1

 

Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev

Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov
Baş Məşqçi: Rəşad Sadıqov