“Azərbaycan yığması bizə başağrı ola bilər” – ispaniyalı futzalçı

“Azərbaycan yığması bizə başağrı ola bilər” – ispaniyalı futzalçı
22-01-2018 / 09:40 FUTBOL
175

“Rusiya yığması bizimlə eyni səviyyədədi. Şimallılar rəqiblərimiz arasında ən güclü komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya millisinin üzvü Karlos Ortis deyib.

 

Pireneyli futzalçı Sloveniyada keçiriləcək AVRO-2018-in final mərhələsi haqda fikirlərini açıqlayıb. Rəqibləri dəyərləndirən Ortiz eyni qrupda yer aldıqları Azərbaycan millisindən də danışıb: “Portuqaliya da güclü heyətə və Rikardinyo kimi ulduza malikdi. İtaliya millisində nəsildəyişmə prosesi gedir. Amma digər komandalar da yarışa yaxşı hazırlaşıblar. Azərbaycan, Ukrayna, Qazaxıstan, həmçinin meydan sahibi Sloveniya bizə başağrı ola bilər”.