Türkiyədə Azərbaycan derbiləri

Türkiyədə Azərbaycan derbiləri
22-01-2018 / 09:43 TOP OYUNLARI
228

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, XV tur çərçivəsində baş tutan görüşlər Azərbaycan yığmasının oyunçularını bir-birinə rəqib edib.

 

Belə ki, millimizin kapitanı Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” Yana Kulanın şərəfini qoruduğu “Beylikdüzü”nün qonağı olub. Gərgin keçən matçda ev sahibləri 2:3 hesabı ilə uduzub. Oyunda Kulan 17, Odina 16 xal toplayıb.

 

Marqarita Əzizovanın formasını geyindiyi “Beşiktaş” isə Polina Rəhimovanın heyətində yer aldığı “Fənərbaxça”nı qəbul edib. Bu qarşılaşmada da qalib tay-brekdə müəyyənləşib. “Fənərbaxça” səfərdə qələbə qazanıb. Marqarita 2, Polina 23 xal yığıb.

 

XV turun oyunlarından sonra “Fənərbaxça” 36 xalla 3-cüdü. “Beşiktaş” turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Onların 16 xalı var. “Beşiktaş”dan 1 xal geri qalan “Seramiksan” 9-cu, 14 xalı olan “Beylikdüzü” isə 10-cudu.