“Billiat təklifi dəyərləndirməlidi” – baş məşqçi

“Billiat təklifi dəyərləndirməlidi” – baş məşqçi
22-01-2018 / 12:18 FUTBOL
970

“Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiatın gələcək karyerası ölkəsi Zimbabvedə ciddi narahatlıq doğurur. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Zimbabve millisinin baş məşqçisi Sandey Çidzambva onun Avropaya yollanması üçün təzyiqlərini davam etdirir.

 

Çalışdırıcı CAR Premyer Liqasının XVIII turunda “Platinium Stars”la (3:0) qarşılaşmada dubl edən 28 yaşlı forvardın Afrikanı tərk etməsinin vacibliyini vurğulayıb: “Ölkə xaricində çıxış edən futbolçuların oyunlarını izləyirəm. Təəssüf ki, onların əksəriyyəti Cənubi Afrikadadı və onların onlarına televiziya vasitəsilə baxıram. Xama Billiat son çempionat matçında 2 qol vuraraq, yığmamız üçün nə qədər önəmli futbolçu olduğunu göstərdi. Ancaq onun Avropaya yollanması həm özü, həm də yığmamız üçün daha yaxşı olardı. Bildiyim qədərilə Avropadan bir təklif alıb. Məncə, Billiat bu təklifi dəyərləndirməlidi”.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən formasını geyindiyi “Mamelodi Sandaunz”un heyətində 129 matçda 43 qola imza atıb. Klubu ilə müqavilə müddəti yaya qədər olan futbolçunun Avropadan yalnız “Qarabağ”dan təklif aldığı bildirilir.