“Keşlə” də gedir: milli üzvü Antalyada qoşulacaq

“Keşlə” də gedir: milli üzvü Antalyada qoşulacaq
22-01-2018 / 13:00 FUTBOL
408

Premyer Liqanın ikinci yarısına hazırlıqlarını davam etdirən “Keşlə” toplanışın Bakı mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gecə Türkiyəyə gedəcək.

 

Gecə saatlarında yola düşəcək “Keşlə” sabah səhər Antalyaya çatacaq. “Adalya Elit Lara” otelində məskunlaşacaq Yuri Maksimovun yetirmələri fevralın 2-dək orda qalacaqlar. Komanda bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Belə ki, Maksimov yanvarın 26-da “Rabotniçki” (Makedoniya), 29-da “Karpatı” (Ukrayna), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) qarşılaşmada yetirmələrini yoxlayacaq.

 

Bu arada, çoxdandı yolu gözlənilən hücumçu Andre Klennon hazırda Bakıdadı. Kollektivlə birlikdə Antalyaya yollanacaq Yamayka millisinin üzvü “Keşlə” ilə 6 aylıq müqavilə imzalayacaq.

 

Finlandiyanın VPS klubunun digər üzvü Ebrima Sohna isə komandaya Antalyada qoşulacaq. Qambiya yığmasının yarımmüdafiəçisinin də mövsümün sonuna qədər sözləşmə bağlaması gözlənilir.

 

Qeyd edək ki, “Keşlə” istisna olmaqla, Azərbaycan Premyer Liqasının bütün klubları hazırda Antalyadadı.