Azərbaycan – Kosovo oyununun vaxtı dəqiqləşdi

Azərbaycan – Kosovo oyununun vaxtı dəqiqləşdi
22-01-2018 / 13:29 FUTBOL
469

Azərbaycan milli komandasının Kosovo ilə yoldaşlıq oyununun başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, fevralın 2-də baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qarşılaşma yığmamızın Türkiyədəki toplanışı çərçivəsində baş tutacaq. Qarşılaşma millimizin bu il Antalyada keçirəcəyi 2-ci sınağı olacaq.

 

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri yanvarın 30-da Moldova ilə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.