Qurbanovanın 17 xalı qələbəyə kifayət etmədi

Qurbanovanın 17 xalı qələbəyə kifayət etmədi
22-01-2018 / 15:53 TOP OYUNLARI
180

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, XIV tur çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin üzvləri də meydana çıxıblar.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Beziers”in qonağı olub. Qarşılaşma təmsilçimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qurbanova matçda 17 xal toplayıb.

 

Olena Həsənova formasını geyindiyi “Le Kann” isə səfərdə “Nant”la üz-üzə gəlib. Gərgin keçən qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənova oyunda 14 xal yığıb.

 

14 matçdan sonra “Venel” 24 xalla turnir cədvəlində 4-cü, “Le Kann” 23 xalla 5-cidi.