“Səbail”də 9-cu ayrılıq

“Səbail”də 9-cu ayrılıq
22-01-2018 / 16:42 FUTBOL
479

Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirən “Səbail” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, müdafiəçi Murad Musayev paytaxt klubuna lazım olmayıb.

 

24 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

 

Bununla da Musayev qış fasiləsində “Səbail”dən ayrılan 9-cu oyunçu olub. Ona qədər rəhbərlik Təyyar Məmmədov, Tanrıverdi Məhərrəmli, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles və Amit Quluzadə ilə sağollaşıb.