"Zirə" ilk məşqinə çıxdı

22-01-2018 / 17:52 FUTBOL
209

Qış təlim-məşq toplanışının ikinci hissəsi çərçivəsində Antalyada olan “Zirə” bu gün ilk məşqinə çıxıb. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, yorucu səfərdən sonra komanda bərpa məşqi ilə kifayələnib.

 

“Zirə” Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşıb. Komanda fevralın 4-də Bakıya qayıdacaq.

 

Qeyd edək ki, “Zirə” ölkə daxili toplanış çərçivəsində öz əvəzedicilərinə 4:0 hesabı ilə qalib gəlmiş, “Keşlə”yə isə (1:2) məğlub olmuşdu.