PSJ-dən yeni transfer

PSJ-dən yeni transfer
22-01-2018 / 18:17 FUTBOL
718

PSJ qış transfer dönəmində heyətini gücləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Lassana Diarra Paris klubu ilə anlaşıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolçu bu gün PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvünün yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir.

 

Qeyd edək ki, Lassana Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi nəhəng klubların formasını geyinib.