“Yağış oyuna təsir etdi” - Vitali Fedotov

“Yağış oyuna təsir etdi” - Vitali Fedotov
23-01-2018 / 09:31 FUTBOL
377

“Matçın ilk dəqiqələrindən bir neçə qol vurduq. Bizim üçün yaxşı oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “OİK Xabarovsk” klubunun yarımmüdafiəçisi Vitali Fedotov deyib.

 

Antalyada təlim-məşq toplanışında olan Rusiya təmsilçisi dünən yoxlama görüşündə “Neftçi” ilə üz-üzə gəlib və 8:1 hesablı qələbə qazanıb.

 

Oyunla bağlı klubun rəsmi saytına danışan Fedotov yağışlı havanın onlara ciddi problem yaratmadığını vurğulayıb. 27 yaşlı ukraynalı futbolçu belə havada oynamağı normal hesab edir: “Bu qalibiyyət sayəsində qısamüddətli istirahətə yüksək əhval-ruhiyyədə gedirik. Yağışlı havada oynamağımız normal idi. İstənilən şəraitdə çıxış etmək mümkündü. Xabarovskda -15 dərəcədə oynamaq asan deyil. Bütün hava şəraitinə uyğunlaşmaq lazımdı. Əlbəttə ki, yağış oyuna təsir etdi. Top sıçrayırdı, meydanda rahat hərəkət etmək olmurdu. Ancaq yenə də kombinasiyalı futbol sərgilədik və yerlə ötürmələrə üstünlük verdik”.

 

Qeyd edək ki, “OİK Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.