“Səbail” heç-heçə ilə başladı - YENİLƏNİB

“Səbail” heç-heçə ilə başladı - YENİLƏNİB
23-01-2018 / 20:22 FUTBOL
920

“Səbail” Antalya toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Ukraynanın “Çernomorets” klubu ilə üz-üzə gəlib.

 

Görüşdə hesab açılmayıb. Premyer Liqanın debütantı ilk yoxlama oyunundan bərabərliklə ayrılıb.

 

Qeyd edək ki, “Səbail” Türkiyədəki ikinci oyununu isə yanvarın 26-da Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.

 

 

Yoxlama oyunu

23 yanvar

 

“Səbail” – “Çernomorets” - 0:0