Mbappe “Real”a qarşı oynayacaqmı?

Mbappe “Real”a qarşı oynayacaqmı?
23-01-2018 / 11:20 FUTBOL
335

Fransa çempionatının XXII turunda “Lion”la qarşılaşmada zədələnən PSJ-nin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, istedadlı futbolçu təxminən 20 gündən sonra sıraya dönəcək.

 

Belindən zədə alan Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la baş tutacaq ilk qarşılaşmada komandasına kömək edə biləcək. Həkimlər 19 yaşlı forvardı həmin matça qədər hazır vəziyyətə gətirəcəklər.

 

Qeyd edək ki, “Real” və PSJ arasında ilk oyun fevralın 14-də “Santyaqo Bernabeu”da keçiriləcək.