“Şah” yenidən zirvədə

“Şah” yenidən zirvədə
24-01-2018 / 21:22 STOLÜSTÜ OYUNLAR
588

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda 10-cu turun oyunları keçirilib.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

 

O, qara fiqurlarla oynadığı partiyada rusiyalı Peter Svidlerlə üz-üzə gəlib. Rusiyalı qrossmeyster 21-ci gedişdə təslim olub.

 

Bu nəticədən sonra xalını 7-yə yüksəldən Məmmədyarov turnir cədvəlinin zirvəsinə yüksəlib. O, Aniş Qiri ilə eyni xala malik olsa da, əlavə əmsallara görə, ikinci sırada qərarlaşıb.

 

Qeyd edək ki, 11-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünyanın ən güclü şahmatçısı Maqnus Karlsenlə qarşılaşacaq.