Dünyanın ən güclüsü də “Şah”la bacarmadı

Dünyanın ən güclüsü də “Şah”la bacarmadı
26-01-2018 / 22:32 STOLÜSTÜ OYUNLAR
595

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda 11-ci turun oyunları keçirilib.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu heç-heçə ilə başa çatdırıb.

 

O, ağ fiqurlarla oynadığı partiyada norveçli dünya çempionu, dünyanın ən güclü şahmatçısı hesab olunan Maqnus Karlsenlə üz-üzə gəlib. Tərəflər 38-ci gedişdə bərabərliyə razılaşıblar.

 

Bu nəticədən sonra xalını 7.5-ə yüksəldən Məmmədyarov turnir cədvəlinin ilk üçlüyündəki yerində qalıb. O, Aniş Qiri və Maqnus Karlsenlə eyni xala malik olsa da, əlavə əmsallara görə, üçüncü sırada qərarlaşıb.

 

Qeyd edək ki, 12-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla ingiltərəli Qavein Consla qarşılaşacaq.