Ölkə çempionatına start verildi - FOTOSESSİYA

Ölkə çempionatına start verildi - FOTOSESSİYA
27-01-2018 / 00:03 DÖYÜŞ NÖVLƏRİ
172

Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib. 39 komandanın 200-dən artıq idmançısının qatıldığı yarışın ilk günündə 33 döyüş baş tutub.

 

Belə ki, 60 kq, 64 kq və 75 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və 1/8 finala vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığmamızın aparıcı üzvlərindən dünya çempionu Cavid Çələbiyev və Yeniyetmələrin Yay Olimpiya Oyunlarının finalçısı Elvin İsayev mərhələ adlamaqda çətinlik çəkməyiblər.

 

Qeyd edək ki, boksçuların sayının çox olması səbəbindən yarışın təqvimində dəyişiklik edilib. Çempionat 5 gün deyil, 6 gün olacaq. Bu səbəbdən də finallar yanvarın 31-də keçiriləcək.

 

Yarışda ikinci günün döyüşləri saat 13:00-da başlanacaq.

 

 

Azərbaycan çempionatı

I günün nəticələri

 

60 kq

Sərxan Əliyev ("Qəbələ" İK) - Ramil Qasımzadə ("Gömrükçü" İK) - ikinci döyüşə gəlməyib

Polad Hüseynov (Səbail İK) - Namiq Abbasov ("Gömrükçü" İK) - 5:0

Sərxan Qurbanzadə ("Neftçi" İK) - Şəmistan İmanov ("Qızıl Əlcək" İK) - 5:0

Kamran Talıbov ("Gilan" İK) - Sayad Lalayev (MOİK) - birinci döyüşü davam etdirməkdən imtina edib

İbrahim Cabirzadə ("Qızıl Əlcək" İK) - Cəbi İsayev (Naxçıvan) - birinci tam üstünlüklə qələbə qazanıb

Coşqun Həsənov (Sabirabad) - Vüsal Verdiyev ("Qəbələ" İK) - ikinci döyüşü davam etdirməkdən imtina edib

Süleyman Süleymanlı (Masallı) - Rafiq Cəfərov ("Xəzər" İK) - 5:0

Arzuman Tağıyev (Naxçıvan) - Elvin Qarayev (DİN) - ikinci döyüşə gəlməyib

Araz Ömərov ("Kür" İK) - Həsən Qasımov (DİN)  - 0:5

Elvin Ələkbərov (Hacıqabul) - Seymur İsayev ("Gilan" İK) - 0:5

Kənan Kazımov ("Lokomotiv" İK) - Elməddin Şirəli (Astara) - ikinci döyüşü davam etdirməkdən imtina edib

Saleh Məmmədov (MOİK) - Cavid Çələbiyev ("Qəbələ" İK) - 0:5

 

64 kq

İman Əhmədli ("Orion" İK) - Elman Cəfərov ("Neftçi" İK) - birinci tam üstünlüklə qələbə qazanıb

Zabex Şomiyev (Masallı) - Elşən Məmmədov (Z-1 İK) - 5:0

Mirasif Hadızadə (Astara) - Xəyal Əliyev - birinci tam üstünlüklə qələbə qazanıb

Pərviz Quliyev ("Rabitə" İK) - Elnur Əliyev (DİN) - 1:4

Elvin Məmmədov (DİN) - Xanbala Qurbanov ("Gilan" İK) - 1:4

Ayxan Tağıyev (MOİK) - Fərid Ağamoğlanov ("Qəbələ" İK) - 0:5

Ramiq Allahverdiyev ("Qızıl Əlcək" İK) - Hüseyn Cavadov ("Kür" İK) - 3:2

Mehdi Mehdiyev ("Gömrükçü" İK) - Malik Həsənov ("Gilan" İK) - 0:5

Bəxtiyar Qazıbəyov ("Rabitə" İK) - Valeh Ramazanov ("Qəbələ" İK) - 5:0

Əli Sadıqov (Tovuz) - Rəsul Əsgərov ("Zenit" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

Yusif Məhərrəmov (Sumqayıt) - Sənan Əhmədov ("Sədərək" İK) - birinci döyüşü davam etdirməkdən imtina edib

Nəriman Fərimanov (Qusar) - Elməddin İsmayılov ("Rabitə" İK) - birinci döyüşə gəlməyib

Elvin Abbasov (Mingəçevir) - Mağdi Nəsrulla ("Qəbələ" İK) - 4:1

Emil Əliyev ("Qəbələ" İK) - Müşfiq Eyvazov (Siyəzən) - ikinci döyüşü davam etdirməkdən imtina edib

Fikrət Qasımov ("Gömrükçü" İK) - Tural Abbasov ("Gömrükçü" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

Şəhriyar Əliyev (Ağdam) - Elvin İsayev ("Gilan" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

 

75 kq

Hidayət Musayev ("Kür" İK) - Elvin Səfərov ("Rabitə" İK) - 5:0

Şahin Musayev ("Neftçi" İK) - Abdulla Abdullayev ("Gömrükçü" İK) - 5:0

Məhəmməd Ömərov (Balakən) - Elvin Məhərrəmov ("Qəbələ" İK) - 4:1

Elvin Axundzadə (DİN) - Eşqin Nuriyev (Gəncə) - ikinci döyüşü davam etdirməkdən imtina edib

Vüqar Məhərrəmov (Naxçıvan) - Elvin Qənbərov (MOİK) - ikinci tam üstünlüklə qələbə qazanıb