“Şah” üçüncülüyə qane oldu

“Şah” üçüncülüyə qane oldu
28-01-2018 / 18:15 STOLÜSTÜ OYUNLAR
521

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda sonuncu, 13-ci turun oyunları keçirilib.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu heç-heçə ilə başa çatdırıb.

 

O, ağ fiqurlarla oynadığı partiyada yarışın favoritlərindən biri olan hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. Tərəflər bərabərliyə razılaşıblar.

 

Bu nəticədən sonra xalını 8.5-ə yüksəldən Məmmədyarov Kramniklə bərabər turnir cədvəlində üçüncü-dördüncü pillələri bölüşüb. O, lidelər Aniş Qiri və Maqnus Karlsendən yarım xal geri qalıb.

 

Bütün əmsalları bərabər olan Karlsen və Qiri isə çempionluq üçün əlavə görüş keçirəcəklər.