10 cüdoçumuz Top-20-də

10 cüdoçumuz Top-20-də
30-01-2018 / 10:03 DÖYÜŞ NÖVLƏRİ
228

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəli açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu hesab etmək olar.

 

Yığmamızın əsas cüdoçularının hamısı mövqeyini qoruyub. Onlardan 10-u Top-20-dədi. Belə ki, Orxan Səfərov (60 kq) yenə 7-ci, Nicat Şıxəlizadə (66 kq) 14-cü, Rüstəm Orucov 3-cü, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Tural Səfquliyev (90 kq) 17-ci, Elxan Məmmədov 4-cü, Elmar Qasımov (hər ikisi 100 kq) 6-cı, Uşanqi Kokauri (+100 kq) 18-ci, İrina Kindzerska (+78 kq) 7-cidi.