Yeni qalib

Yeni qalib
01-02-2018 / 09:56 STOLÜSTÜ OYUNLAR
389

Yeniyetmə şahmatçılar arasında III dərəcə uğrunda yarışlar keçirilib. Apasport.az saytının məlumatına görə, 3 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbinin Səbail filialında baş tutan turnirdə 16 nəfər iştirak edib.

 

Yarışın qalibi adını Emil Musayev qazanıb. O, keçirdiyi 9 matçda 6,5 xal toplayıb. İkinci yerə Musayevlə eyni xal toplayıb, əlavə göstəricilərə görə geri qalan Tamerlan Rüstəmov layiq görülüb. “Üçlüy”ü isə Vilayət Əliyev qapayıb. O da 6,5 xal yığıb.

 

Mükafatçılar müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla təltif olunublar.