Yığmamız 23 boksçu ilə başlayır

Yığmamız 23 boksçu ilə başlayır
02-02-2018 / 18:11 DÖYÜŞ NÖVLƏRİ
104

Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 nəfər dəvət edib.

 

Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.

 

Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-26-da olacaq.