Komandası qalib gəldi, Rəcəbov narazı qaldı

Komandası qalib gəldi, Rəcəbov narazı qaldı
04-02-2018 / 17:31 TOP OYUNLARI
272

"Uşaqlardan tam razı deyiləm. Çünki hələ 10 gündü məşqlərə başlamışıq". Apasport.az saytının məlumatına görə, bunu kişi voleybolçulardan ibarət "Sərhədçi" klubunun baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Azərbaycan çempionatındakı ikinci matçında U-18-lə üz-üzə gələn paytaxt təmsilçisi rəqibini çətinlik çəkmədən məğlubiyyətə uğradıb - 3:0.

 

Buna baxmayaraq, Rəcəbov Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə açıqlamasında hələ də çox səhvə yol verdiklərini bildirib: "Çalışırıq bu səhvləri aradan qaldıraq. İkinci setdə minimal səhvə yol verdiyimizdən arada böyük fərq oldu. Digər setlərdə isə tam istədiyimiz kimi oynaya bilmədik. Əsas problem anlaşma ilə bağlıdı. İnşallah, bir həftə daha yaxşı hazırlaşıb, “Neftçi”ni məğlub etmək istəyirik”.