"Onlardan bundan artığını gözləmirik" - U-18-in baş məşqçisi

04-02-2018 / 17:37 TOP OYUNLARI
319

"Oyun normal, gözlənildiyi kimi keçdi. Bu komandadan bundan artığını gözləmirik". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə açıqlamasında kişi voleybolçulardan ibarət U-18 komandasının baş məşqçisi Yaqub Rəsulov deyib.

 

Azərbaycan çempionatındakı ilk oyununda "Sərhədçi" ilə qarşılaşan gənc komanda hər 3 setdə rəqibinə müqavimət göstərə bilməyib və 0:3 hesablı məğlubiyyətə düçar olub.

 

Buna baxmayaraq. Rəsulov yetirmələrini qınamayıb: "Heyətimiz gənc voleybolçulardan qurulub. Əsas məqsəd medallar uğrunda mübarizə aparmaq yox, bu oyunçulara təcrübə qazandırmaq, onları yığma üçün yetişdirməkdi. Yaş baxımından ən təcrübəli oyunçumuz Pərviz Səmədovdu. Toppaylayıcı həm də bizdə məşqçi işləyir".