Polina Rəhimova oynamadı, Yana Kulan 35 xal topladı

Polina Rəhimova oynamadı, Yana Kulan 35 xal topladı
05-02-2018 / 09:00 TOP OYUNLARI
214

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar Azərbaycan millisinin üzvlərinin qələbəsi ilə başa çatıb.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “İlbank”dan günclü olub. “Sarı-lacivərdlilər”in 3:0 hesabı ilə qalib gəldikləri matçda hücumçumuz meydana çıxmayıb.

 

Millimizin digər oyunçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” turu 2 xalla başa vurub. Onlar evdə “Çanakkale Bld”u 3:2 hesabı ilə məğlub ediblər. Kulan görüşdə 25 xal toplamaqla komandasının və matçın bombardiri olub.

 

Yığmamızın kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “Nilüfer Bld”la qarşılaşmada 1 xala yiyələnib. 2:3 hesablı məğlubiyyətdə təmsilçimizin 3 zərbəsi dəqiq alınıb.

 

Bu oyunçulardan fərqli, Marqarita Əzizova “Beşiktaş”ın “Halkbank”la görüşünün son setində meydana çıxıb və 1 xal toplayıb. Komandası isə 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, 18 turdan sonra “Fənərbaxça” 42 xalla turnir cədvəlində 3-cüdü. Aktivində 20 xalı olan “Beşiktaş” 8-ci, 19 xala malik “Beylikdüzü” 9-cu, 18 xal yığan “Seramiksan” 10-cudu.