Kseniya Poznyak komandasını pley-offa yüksəltdi

Kseniya Poznyak komandasını pley-offa yüksəltdi
05-02-2018 / 11:24 TOP OYUNLARI
294

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVII turun matçları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan millisinin oyunçuları üçün uğurlu alınıb.

 

Belə ki, Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”sunun ardınca Kseniya Poznyakın formasını geyindiyi “Leninqradka” da qələbəyə sevinib. Sankt-Peterburq təmsilçisi “Dinamo-Metar”ı 3:0 (25:18, 25:21, 25:17) hesabı ilə məğlub edib. Poznyak görüşdə 13 xal toplayıb.

 

Bu qələbə əsas mərhələdə son turun nəticəsindən asılı olmayaraq, “Leninqradka”nı pley-offa daşıyıb. Çünki hazırda 7-ci pillədə qərarlaşan komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır. Növbəti mərhələyə isə ilk “səkkizlik” yüksəlir.

 

Qeyd edək ki, turun ilk günündə Kazan “Dinamo”su “Saxalin”i 3:0 hesabı ilə məğlub etməklə, cari birinciliyin sonuna 1 tur qalmış pley-offa vəsiqəni 1-ci yerlə təmin edib.