Bakı-2019: Lisenziya qaydaları açıqlandı

Bakı-2019: Lisenziya qaydaları açıqlandı
06-02-2018 / 16:00 TOP OYUNLARI
433

2019-cu ildə Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalı çərçivəsində baş tutacaq voleybol yarışlarına lisenziya qaydaları açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızdakı turnirə vəsiqələr bu il baş tutacaq qitə birinciliklərində veriləcək.

 

Festival üçün lisenziya xarakterli yarışlar Çexiya və Slovakiya, həmçinin Bolqarıstanda təşkil olunacaq.

 

Zilin (Çexiya) və Puxov (Slovakiya) şəhərlərinin birgə ev sahibliyi edəcəyi 18 yaşadək oğlanlar arasında Avropa çempionatı aprelin 7-15-də baş tutacaq. Həmin ayın 13-21-də Bolqarıstan paytaxtı Sofiyada 17 yaşadək qızlar mübarizə aparacaq. Hər iki yarışda ilk 7 pillədə qərarlaşacaq ölkələr Bakı-2019-da iştirak hüququ qazanacaq.

 

Həm qızlar, həm də oğlanların yarışında 8-ci komanda təşkilatçı kimi Azərbaycan olmalıdı. Əgər yığmamızdan hansısa bu yarışa qatılmaqdan imtina edərsə, Avropa birinciliyinin 8-cisi də festivalda oynayacaq.