Yığmamızın hücumçusu Çempionlar Liqasının pley-offunda

Yığmamızın hücumçusu Çempionlar Liqasının pley-offunda
07-02-2018 / 09:33 TOP OYUNLARI
233

Qadın voleybolçular arasında Çempionlar Liqasının II dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, IV turun ilk oyun günündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su Serbiyada “Vizura”nın qonağı olub.

 

Görüş təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Məmmədova matçda 10 xal yığıb.

 

Bu qələbə “Dinamo”nun C qrupunda liderliyini möhkəmlədib. Aktivində 12 xalı olan rusiyalılar artıq pley-offa vəsiqəni də təmin ediblər.