Pxençxanda Azərbaycan bayrağı qaldırıldı

Pxençxanda Azərbaycan bayrağı qaldırıldı
07-02-2018 / 11:23 DİGƏR NÖVLƏR
267

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının məskunlaşdığı Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirə yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin rəsmisi Həsənağa Rzayev və digər rəsmi şəxslər qatılıblar.

 

Fevralın 9-25-də keçiriləcək Olimpiadada Azərbaycan Patrik Braxnerlə təmsil olunacaq. Yığmamızda bayraqdar funksiyasını da yerinə yetirəcək 26 yaşlı avstriyalı slalom və nəhəng slalom növlərində çıxış edəcək.

 

Qeyd edək ki, Braxner Soçi-2014-də də yığmamızın heyətində olub.