Pxençxan-2018: Start öncəsi 2 rekord

Pxençxan-2018: Start öncəsi 2 rekord
07-02-2018 / 14:01 DİGƏR NÖVLƏR
290

Fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə “Ağ Olimpiada”da iştirak edəcək.

 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu göstəricini rekord kimi dəyərləndirib. Onun sözlərinə görə, birdən-birə 6 debütantın olması Pxençxan-2018-in ilk rekordudu.

 

Bununla yanaşı, Cənubi Koreyadakı Oyunlar idmançı sayı baxımından da tarixə düşəcək. Asiya ölkəsi 2902 idmançını qəbul edəcək ki, bu da “Ağ Olimpiadalar” üçün görünməmiş rəqəmdi.