“Ağ Olimpiada”: ABŞ rekordçu, Azərbaycan antirekordçu

“Ağ Olimpiada”: ABŞ rekordçu, Azərbaycan antirekordçu
08-02-2018 / 09:51 DİGƏR NÖVLƏR
1193

Sabah Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək XXIII Qış Olimpiya Oyunlarında ölkələrin təmsilçi sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiada”da 102 dəst medal uğrunda 92 ölkədən 2902 idmançı mübarizə aparacaq.

 

Oyunlara rekord sayda atletlə ABŞ təmsil olunacaq. Şimali amerikalıların Pxençxan-2018-ə 242 idmançısı qatılacaq. Bu siyahıda Kanada ikinci (226), İsveçrə (169) üçüncüdü.

 

Azərbaycan isə Olimpiadada antirekordçular sırasındadı. Ölkəmizlə yanaşı, Bermuda, Kipr, Ekvador, Eritreya, Qana, Honq-Konq, Keniya, Kosovo, Lüksemburq, Madaqaskar, Malta, Puerto-Rika, San-Marino, Sinqapur, CAR, Toqo və Tonqa 4 illiyin möhtəşəm yarışında cəmi 1 idmançı ilə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, ölkəmizi Pxençxan-2018-də Patrik Braxner təmsil edəcək. O, slalom və nəhəng slalom yarışlarında start xəttinə çıxacaq.