Liderlərdən asan, yığmamızdan əzmkar qələbə - YENİLƏNİB

Liderlərdən asan, yığmamızdan əzmkar qələbə - YENİLƏNİB
10-02-2018 / 18:04 TOP OYUNLARI
2477

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı “Neftçi” və “Sərhədçi” arasında olub.

 

Prinsipial matç gözləniləndən asan alınıb. Ziya Rəcəbovun komandası çətinlik çəkmədən rəqibini məğlub edərək, 2-ci pillədəki yerini möhkəmlədib.

 

Bu qarşılaşma ilə eyni vaxtda keçirilən MOİK – “Lokomotiv” matçında da qalib 3 setin yekununda bilinib. “Dəmiryolçular” “hərbiçilər” üzərində 3:0 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycan çempionu “Sərhədçi” ilə xal fərqini qoruyub.

 

Tura autsayderlər – U-18 – “Ekspress” matçı ilə yekun vurulub. Bu görüşdə isə 18 yaşadək yığmamız əzmkar qələbə qazanıb. Onlar 0:2 hesabı ilə geridə olmalarına baxmayaraq, yekunda qalib gəliblər.

 

Beləliklə, liderlər “Lokomotiv” və “Sərhədçi” rəqibləri ilə xal fərqini artırdığı halda, U-18 son pillədən yaxa qurtarıb.

 

Yüksək Liqa
10 fevral

III tur

U-18 – “Express” - 3:2 (22:25, 21:25, 26:24, 25:13, 15:13)

Voleybol Mərkəzi

 

“Neftçi” – “Sərhədçi” - 0:3 (21:25, 21:25, 21:25)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

MOİK – “Lokomotiv” - 0:3 (20:25, 8:25, 7:25)

Voleybol Mərkəzi

 

N

Komanda

O

Q

M

S

T

X

1

Lokomotiv

4

4

0

12-1

321-221

12

2

Sərhədçi

4

3

1

10-3

308-252

9

3

Neftçi

4

2

2

6-6

278-241

6

4

MOİK

2

1

1

3-4

129-168

3

5

Naxçıvan

4

1

3

3-10

232-312

3

6

U-18

2

1

1

3-3

155-175

2

7

Ekspress

4

0

4

4-12

321-375

1