Olimpiadanın ilk “trio”su

Olimpiadanın ilk “trio”su
10-02-2018 / 13:13 DİGƏR NÖVLƏR
120

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında ilk medalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 4 illiyin ən möhtəşəm yarışının ilk çempionu tituluna isveçli Şarlott Kalla layiq görüşüb.

 

O, xizəksürmə idmanının skiatlon növünün qalibi olub. Kalla qadınlar arasında 15 km məsafəyə yürüşü 40.44,9 dəqiqəyə qət edib. İkinci yeri Marit Borqen (Norveç, +7,8), üçüncü pilləni isə Pyarmyakoski (Finlandiya, +10,1) tutub.

 

Qeyd edək ki, Pxençxan-2018 fevralın 9-da start götürüb.