Yığmamızın hücumçusu qələbə seriyasını 25-ə çatdırdı

Yığmamızın hücumçusu qələbə seriyasını 25-ə çatdırdı
10-02-2018 / 13:55 TOP OYUNLARI
174

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Proton”un qonağı olub.

 

Çempionatın əsas hissəsinin son matçı Tatarıstan təmsilçisi üçün uğurlu alınıb. “Dinamo” rəqibini 3:0 hesabı ilə məğlub etməklə, qələbə seriyasını 25-ə çatdırıb. Məmmədova meydana əvəzetmələrlə daxil olub və 3 xal yıxıb.

 

Qeyd edək ki, aktivində 51 xalı olan “Dinamo” pley-offa birinci yerin sahibi kimi yüksəlib.