Hakimimiz avrokubok matçında

Hakimimiz avrokubok matçında
10-02-2018 / 15:41 TOP OYUNLARI
276

Azərbaycanlı hakim CEV kubokunun 1/4 final mərhələsinə təyinat alıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi Zaur Hacıyev ölkəmizi Türkiyədə təmsil edəcək.

 

O, Ankara təmsilçisi “Ziraat Bankası” ilə Aalst klubu “Lindemans”ın (Belçika) ilk görüşündə ədaləti qoruyacaq. Kişi voleybolçular arasında keçirilcək matçda Hacıyev ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün əsas referisi rusiyalı Aleksandr Tubilov olacaq.

 

Qarşılaşma fevralın 15-də keçiriləcək.