Cüdoçumuz Parisdə “bürünc” qazandı

Cüdoçumuz Parisdə “bürünc” qazandı
11-02-2018 / 22:33 DÖYÜŞ NÖVLƏRİ
238

Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

 

Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb. 78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub.

 

ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan idmançısı yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.