Əvəzedicilərin matçında əsas heyət oyunçularının şousu

Əvəzedicilərin matçında əsas heyət oyunçularının şousu
11-02-2018 / 23:22 FUTBOL
281

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda 15-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub.

 

İlk olaraq “Zirə” ilə “Sumqayıt” qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər 1 xala qane olublar.

 

Daha sonra isə “Qarabağ” – “Qəbələ” dueli baş tutub. 8 qolun vurulduğu qarşılaşmada ağdamlılar 5:3 hesablı qələbəyə seviniblər.

 

Maraqlıdı ki, hər iki klubun heyətində əsas komandanın oyunçuları da meydana çıxıblar və qola imza atıblar. Belə ki, “Qarabağ”ın qollarından birini Ramil Şeydayev, ikisini isə Ağabala Ramazanov vurubsa, “Qəbələ”nin heyətində Elvin Məmmədov dubla imza atıb.

 

Qeyd edək ki, “Qəbələ” turnir cədvəlinin lideri, “Qarabağ” isə 6-cı pillədə qərarlaşıb.

 

Əvəzedicilərin çempionatı
XV tur
11 fevral


“Zirə” – “Sumqayıt” 1:1
Qol
lar: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82


Qarabağ” – “Qəbələ” 5:3
Qollar: Ramil Şeydayev, 21, Ağabala Ramazanov, 34, 45, Salman Cəfərov, 47, Famil Camalov, 61 – Kamran Quliyev, 38, Elvin Məmmədov, 85, 87