Həsrət sona çatdı: 9 oyun və ya 141 gün sonra qazanılan ilk xal

Həsrət sona çatdı: 9 oyun və ya 141 gün sonra qazanılan ilk xal
12-02-2018 / 00:32 FUTBOL
202

Azərbaycan Premyer Liqasının XV turunda “Keşlə” “Səbail”i qəbul edib. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyun meydan sahibləri üçün əlamətdar olub.

 

Belə ki, Yuri Maksimovun komandası uzun müddət sonra yenidən aktivinə xal yazdırmağı bacarıb.

 

Sonuncu dəfə ötən il sentyabrın 23-də VI turda “Zirə” ilə səfər matçında 1:1 heç-heçə ilə 1 xal qazanan komanda 141 gün sonra meydanı məğlub olmadan tərk edib.

 

O vaxt “İnter” adlanan komanda həmin görüşdən bəri keçirdiyi 9 oyunda 2 dəfə “Neftçi” (0:2; 1:3), hərəsində bir dəfə olmaqla isə “Qarabağ” (0:2), “Səbail” (0:1), “Kəpəz” (0:2), “Sumqayıt” (1:3), “Zirə” (0:1) və “Qəbələ” (0:3) ilə oyunlarda meydanı məyus tərk edib.