“İnter”dən “Keşlə”yə qədər olan məsafə: 632 gün

“İnter”dən “Keşlə”yə qədər olan məsafə: 632 gün
12-02-2018 / 01:02 FUTBOL
128

Azərbaycan Premyer Liqasının XV turunda baş tutan “Keşlə” – “Səbail” matçı növbəti qayıdışla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Vaqif Cavadov kimi Kamran Ağayev də uzun müddət sonra Premyer Liqa çərçivəsində oyuna çıxıb.

 

Belə ki, milli çempionatda sonuncu dəfə 2016-cı il mayın 20-də meydana çıxan milli komandamızın qapıçısı 20 ay 21 gün sonra yenidən azərbaycanlı azarkeşlərin qarşısında futbol oynayıb.

 

Aradan keçən 632 gün müddətində Portuqaliya və Çexiyada çıxış etmiş “çərçivə qoruyucusu” son oyununda da indiki komandasının heyətində meydanda olub.

 

O vaxt “İnter” adlanan komanda “Zirə” ilə oyunda minimalhesablı qələbəyə sevinmişdi.