Millimizin iki üzvü Türkiyədə bombardir oldu

Millimizin iki üzvü Türkiyədə bombardir oldu
12-02-2018 / 01:36 TOP OYUNLARI
413

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalarda Azərbaycan millisinin üzvləri müxtəlif nəticələr qazanıblar.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Eczaçıbaşı” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “sarı-lacivərdlilər” 1:3 hesablı məğlubiyyətə üzülüblər. Polina matçda hamıdan çox – 21 xal toplasa da, bu qalibiyyət üçün yetərli olmayıb.

 

Millimizin digər oyunçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” turu 2 xalla başa vurub. Onlar səfərdə digər yığma üzvü Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub ediblər. Kulan görüşdə 28 xal toplamaqla komandasının və matçın bombardiri olub. Əzizova isə 2 xalla yadda qalıb.

 

Yığmamızın kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “İlbank”la qarşılaşmada 3 xala yiyələnib. 3:0 hesablı qələbədə cəmi bir setdə meydanda olan təmsilçimizin heç bir zərbəsi dəqiq alınmayıb.

 

Qeyd edək ki, 19 turdan sonra “Fənərbaxça” 43 xalla turnir cədvəlində 3-cüdü. Aktivində 22 xalı olan “Seramiksan” 8-ci, eyni xala malik “Beşiktaş” 9-cu, 21 xal yığan “Bəylikdüzü” isə 10-cudu.