Jezniçak və Hüseynova “qırmızı işıq”

Jezniçak və Hüseynova “qırmızı işıq”
12-02-2018 / 09:34 FUTBOL
563

Azərbaycan Premyer Liqasının XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Yakub Jezniçak (“Qarabağ”) və Vurğun Hüseynov (“Sumqayıt”) növbəti turu buraxacaq.

 

Buna hər iki oyunçunun mövsümdə 4-cü sarı vərəqəni alması səbəb olub. “Qarabağ”ın polşalı müdafiəçisi “Qəbələ” ilə ev görüşündə xəbərdarlıq alıb. 4-cü dəfə cəzalanması onun XVI turun “Səbail”lə matçına “istirahət” qazanması ilə nəticələnib.

 

“Sumqayıt”ın kapitanı isə “Zirə” ilə qarşılaşmada 4-ə çatıb. Müdafiəçi “Neftçi” ilə növbəti turun vacib qarşılaşmasını buraxmalı olacaq.

 

Qeyd edək ki, XVI turun oyunları fevralın 17-18-də keçiriləcək.