“Qarabağ”dan yubiley heç-heçəsi

“Qarabağ”dan yubiley heç-heçəsi
12-02-2018 / 11:02 FUTBOL
103

Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

 

736-cı matçında sülhlə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadı. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

 

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.